Rəqibimiz heyətini açıqladı

Millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 3-ü Kanada seçməsi ilə qarşılaşacaq. SportLine.az xəbər verir ki, artıq rəqibimizin heyəti məlumdur. 

Baş məşqçisi Benito Floro millimizlə oyun üçün 24 futbolçuya dəvət göndərib:

Qapıçılar: Saymon Tomas ("Bode-Qlimt", Norveç), Milan Borjan ("Ludoqorets", Bolqarıstan), Kenni Stamatopulos (AİK, İsveç);

Müdafiəçilər: Manjrekar Ceyms ("Dioşdyor", Macarıstan), Deyan Yakoviç ("Simidzu", Yaponiya), Devid Edqar ("Birmingem", İngiltərə), Doneyl Henri ("Vest Hem", İngiltərə), Adam Streyt ("Fredrikstad", Norveç), Marsel de Yonq ("Ottava Fyuri"), Stiven Vitoriya ("Benfika", Portuqaliya), Karl Oumette ("Nyu-York Red Bulls", ABŞ);

Yarımmüdafiəçilər: Juilan de Quzman ("Ottava Fyuri"), İen Xume ("Ponferradina", İspaniya), Uill Conson ("Toronto"), Devid Junior Hoylet, Maykl Petrasso (hər ikisi KPR, İngiltərə), Toseynt Rikkets (klubsuz), Samuel Pyette ("Deportivo", İspaniya), Skot Enfild ("Bernli", İngiltərə), Teşo Akindele ("Dallas", ABŞ);

Hücumçular: Nik Lejervud ("Edmonton"), Markus Haber ("Kryu Aleksandra", İngiltərə), Kayl Lari ("Orlando Siti", ABŞ), Simeon Cekson ("Blekbern Rovers", İngiltərə).