Rəqibimizin heyəti açıqlandı
Azərbaycan millisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq Moldova seçməsinin heyəti müəyyənləşib. SportLine.az moldfootball.com saytına istinadən xəbər verir ki, baş məşqçisi Aleksandr Spiridon Türkiyə toplanışına 23 futbolçu dəvət edib:
Qapıçılar: Nikolay Kalança ("CSU Krayova", Rumıniya), Sergey Paşenko ("Şerif", Moldova), İlya Çebanu (klubsuz)
Müdafiəçilər: Radu Roqak ("Dinamo", Özbəkistan), Petru Raku, Vyaçeslav Posmak, Artyom Rozqonyuk (hamısı "Şerif"), Dinu Qraur ("Milsami", Moldova), Andrey Makriçki, Valeri Makriçki (hər ikisi "Petrokub", Moldova), İon Jardan (klubsuz)
Yarımmüdafiəçilər: Aleksandr Paşenko ("Kızıl-Jar", Qazaxıstan), Aleksandr Antonyuk, Andrey Kojokar, Aleksandr Dedov (hamısı "Milsami"), Maksim Mialyov ("Zarya", Moldova), Vadim Payrel ("Şerif"), Sergey Pletike ("Sperança", Moldova), Dan taras ("Petrokub"), Dan Spetaru, Vladislav İvanov (hər ikisi klubsuz)
Hücumçular: Vladimir Ambros ("Petrokub"), Vitali Damaşkan ("Şerif")
Qeyd edək ki, Azərbaycan - Moldova oyunu yanvarın 30-da Antalyada keçiriləcək. Seçmə komanda fevralın 2-də isə Kosovo seçməsi ilə qarşılaşacaq.