Rəqibin baş məşqçisi təqdim olundu
Millimizin Antalyada keçiriləcək yoxlama görüşündəki rəqibi Moldova seçməsinin yeni baş məşqçisi komandaya təqdim olunub.
Sportline.az xəbər verir ki, moldovalıların ölkə daxilində baş tutan hazırlıq prosesini, federasiya prezidenti Pavel Çebanu və vitse-prezident Draquş Xinku da izləyib. Federasiya rəsmiləri yeni baş məşqçi Aleksandru Spiridonu da komandaya təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan - Moldova matçı yanvarın 30-da keçiriləcək.