Rəşad Sadıqov: "U-23 millisinin yaradılması mənasız qərardır"

“CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində AFFA İcraiyyə Komitəsində qəbul edilən son qərarlar, millimizə baş məşqçi təyinatı məsələsi və sair məsələlər müzakirə olunub.

Sportline.az  xəbər verir ki,  verilişin qonaqları – “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov U-23 millisinin yaradılmasına da toxunublar. R.Sadıqov bu qərarı tənqid edib. O deyib ki, belə bir millinin yaradılması mənasız qərardır. “U-23-dənsə U-20 millisinin olması daha məqsədəuyğun olardı” – deyə o bildirib.

Verilişin U-23-lə bağlı müzakirəsinə videonun 2.35-ci dəqiqəsindən 8.40-cı dəqiqəsinədək olan hissəsində baxa bilərsiniz.