Rəşad Sadıqov azarkeşləri belə sakitləşdirdi

Avropa Liqasının qrup mərhələsinin II turunun "Düdelanj" - "Qarabağ" oyununda baş verən erməni təxribatı zamanı, kapitan Rəşad Sadıqov tribunadakı azərbaycanlı azarkeşləri təmkinli olmağa səsləyib.

Sportline.az xəbər verir ki, təcrübəli müdafiəçi fanatlara yaxınlaşaraq meydançaya daxil olmamalarını xahiş edib və Lüksemburqdan üç xalla qayıtmağın ən vacib məsələ olduğunu vurğulayıb. Azarkeşlər isə kapitana onun sözünə əməl edəcəklərini deyiblər.