Rəşad Sadıqov daha bir mükafata layiq görüldü

"Qarabağ"ın və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov daha bir mükafata layiq görülüb. Sportline.az xəbər verir ki, o, PAŞA Sığorta tərəfindən xüsusi mükafatla təltif edilib. 35 yaşlı müdafiəçi ötən ilin yekunları əsasında PAŞA Sığortanın dəstəyilə AFFA tərəfindən keçirilən səsvermənin nəticəsinə əsasən qalib olaraq,  “Ən yaxşı oyunçu” adını qazanıb.

 

Image may contain: 2 people, people standing and beard

Image may contain: people playing sports, grass, sky, outdoor and nature