Rəşad Sadıqov qərarını açıqladı

"Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov Ağdam klubundan ayrılıb.

Sportline.az xəbər verir ki, bununla bağlı o, özünün  "İnstaqram" hesabında yazıb:

"Əziz, "Qarabağ" azarkeşləri, "Qarabağ" ailəsi. "Qarabağ"ın formasını 11 il böyük qürur və fəxr hissiylə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. "Qarabağ"dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib uğurlar arzu edirəm".