Rəşad Sadıqov üçün əlamətdar gün

Bu gün “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun doğum günüdür.

Sportline.az xəbər verir ki, uzun illər millimizin şərəfini qorumuş və kapitanı olmuş təcrübəli müdafiəçi 1982-ci ildə Bakıda dünyaya gəlib. Sadıqov 37 yaşını qeyd edir.

Karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olan futbolçu, ölkəmizdə “Turan”, “Neftçi”, Türkiyədə “Kayserispor”, “Kocaelispor” və “Əskişəhərspor”, İranda isə “Fulad”da çıxış edib.

2001-2017-ci illərdə millimizin şərəfini qoruyan Sadıqov, millidə ən çox oyun keçirən (111) futbolçudur.