Rəşad Sadıqovun komandası çempion oldu
Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandası Azərbaycan çempionatının qalibi olub.
SportLine.az xəbər verir ki, Şamaxı Olimpiya Kompleksində keçirilən "Qəbələ"yə qarşı oyun çempionu müəyyənləşdirib. 3:1 hesablı qələbəyə sevinən Ağdam təmsilçisi qalib adına yiyələnib.
Bununla da “Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Ağdam təmsilçisi tarixində ilk dəfə gənclərin avrokubok yarışında qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan yarışda 2015/16 mövsümündə “Rəvan”, 2016/17 mövsümündə “Qəbələ” ilə təmsil olunub.