Rəşad Sadıqovun komandası "Qəbələ"ni məğlub etdi

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib.

SportLine.az xəbər verir ki, U-19 Liqasının XX turunda “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun çalışdırdığı "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Ağdam təmsilçisi 20 turdan sonra 53 xalla turnir cədvəlinin lideridir.

Banner