"Rəşadın karyerasını bitirməsini istəmirəm"

"Onun karyerasını bitirməsini və getməsini istəmirəm".

Sportline.az xəbər verir ki, bu sözlər «Qarabağ»ın hücumçusu Mahir Emreliyə məxsusdur.

«İdman»TV-də «Favorit» verlişinin qonağı olan gənc forvard komandasının kapitanı Rəşad Sadıqov haqda danışıb.

Mahir bu yay karyerasını bitirməyə hazırlaşan 38 yaşlı müdafiəçinin barəsində müsbət fikirlər söyləyib: «Rəşad ən çox bəyəndiyim futbolçulardan biridir. O, həm insan, həm kapitan kimi mənim üçün dəyərlidir.

İstəməzdim karyerasını bitirsin. «Qarabağ»ın uğurlarında xidməti çoxdur. İstərdim ki, karyerasını bitirəndən sonra belə, «Qarabağ»dan getməsin, bizimlə qalsın».