Reşford “Atletiko”ya transfer olacaq?

“Barselona”da icarə əsasında çıxış edən Markus Reşford “Atletiko Madrid”in maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simione 28 yaşlı sol cinah vingerinin oyununu çox bəyənir. Rəhbərliktən mövsümün sonunda onu transfer etməsini tələb edib.

Lakin Reşford “Barselona”da qalmağa üstünlük verir.

Qeyd edək ki, sözügedən futbolçu müqavilə əsasında “Mançester Yunayted”ə məxsusdur.