Reşford “Barselona”da xoşbəxtdir
“Barselona”da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford yeni klubunda özünü xoşbəxt hiss edir.
Sportline.az xəbər verir ki, bu haqda “Talk Sport” nəşri məlumat yayıb.
28 yaşlı sol cinah vingeri Kataloniya klubunda qalmaq istəyir.
Qeyd edək ki, Reşford maaşının azalmasına razı olsa, “Barselona” onu birdəfəlik transfer edəcək.
İngiltərə millisinin üzvü bu mövsüm meydana çıxdığı 14 matçda 6 qol, 7 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Markus Reşford müqavilə əsasında “Mançester Yunayted”ə məxsusdur.