Respublika stadionunda son durum

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə təmir işləri tam yekunlaşıb. 

Sportline.az xəbər verir ki, bunu "Report"a mərkəzi arenanın direktoru Şamil Quliyev bildirib.

O bildirib ki, arena hazırda istənilən matçın keçirilməsi üçün hazırdır. Quliyevin sözlərinə görə, ot örtüyündəki saralmalar aradan qaldırılıb: "Nə vaxtsa, buraya oyun salsalar, stadion tam şəkildə hazırdır. Artıq ot örtüyündə problem olmayacaq. Bu, fəsillə əlaqədar idi". 

Direktor "Qarabağ" klubu daxili çempionat oyunları üçün sizə müraciət edibmi" sualına belə cavab verib: "Hələ ki, belə bir müraciət yoxdur, bu, kluba aid məsələdir. Buna özləri qərar verəcəklər".  

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının I və II təsnifat mərhələsindəki matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Ağdam təmsilçisi müvafiq olaraq Şimali Makedoniyanın "Sileks" klubunu 4:0, Moldova "Şerif"ini isə 2:1 hesabı ilə məğlub edib. Hər iki qarşılaşmada meydanın ot örtüyünün vəziyyəti qənaətbəxş olmayıb. 

Ölkə çempionu Kiprin Larnaka şəhərindəki Çempionlar Liqasının III təsnifat mərhələsinin matçında "Molde"yə penaltilər seriyasında uduzub - 5:6. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Avropa Liqasının pley-offunda "Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Oyun oktyabrın 1-də səfərdə gerçəkləşəcək.