"Zirə"dən darmadağın, "Neftçi" Lənkəranda sevindi

Bu gün Topaz Premyer Liqasında 29-cu tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib. 

Diqqətlər əsasən Lənkərana yönəlib. Burada "Xəzər Lənkəran" əzəli rəqibi "Neftçi"ni qəbul edib. Cari mövsüm heç də yaxşı çıxış etməyən iki komandanın duelindən "ağ-qaralar" qalib ayrılıb. 

Autsayder "Rəvan" isə ötən tur qazandığı qələbənin ardını "Zirə" ilə görüşdə gətirməyə çalışsa da, qonaqlar rəqibinə aman verməyiblər. 

10 aprel 2016
TPL, 29-cu tur

“Rəvan” – “Zirə” - 0:4
QOLLAR: 
Luiz Alberto Diez, 16, Bonilla, 52, 57, 90
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Nahid Əliyev, Ramil Əhmədov 
“Bayıl Arena”.

“Xəzər Lənkəran” – “Neftçi” - 0:1
QOL: 
Ruslan Qurbanov, 41
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov 
“Xəzər Lənkəran” mərkəzi stadionu.

Banner