"Rəvan"ın 30-cu qələbəsi
Topaz Premyer Liqasının 31-ci turunun AZAL-la ev oyunu “Rəvan” üçün tarixi qələbə ilə əlamətdar olub.
SportLine.az PFL-ə istinadən xəbər verir ki, paytaxt klubu ölkə çempionatlarının yüksək dəstəsində 30-cu qələbəsini əldə edib.
1:0 hesabı ilə qalib gələn Bəhmən Həsənovun komandası Premyer Liqadakı 131-ci oyunda 30-cu dəfə 3 xal əldə edib.
Komandanın hesabında 33 heç-heçə və 68 məğlubiyyət də var. “Rəvan” 4 mövsüm ərzində 127 qol vurub, 206-nı buraxıb. Bakılılar 30 qələbədən 18-ni evdə, 12-ni səfərdə əldə edib.
“Sarı-qırmızılar” qələbə sayında Azərbaycan çempionatları tarixinin 28-ci komandasıdır.