Reynaldonun debüt matçının nəticəsi ləğv olundu
Türkiyə Futbol Federasiyası Super Liqanın 19-cu turunda keçirilən "Adanaspor" - "Kasımpaşa" matçının nəticəsini ləğv edib.
SportLine.az xəbər verir ki, buna qonaq komandanın yarışın əsasnaməsini pozması səbəb olub. "Kasımpaşa"nın baş məşqçisi "18-lik" heyətə legioner futbolçuların sayını tələb olunandan artıq əlavə edib. Nəticədə, "Adanaspor"a 3:0 hesablı texniki qələbə verilib.
Qeyd edək ki, Reynaldo məhz bu görüşdə "Adanaspor"un heyətində debüt etmişdi.