Reynaldonun "Qarabağ"dan gedişi dəqiqləşdi
"Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Silva Türkiyənin "Adanaspor" klubu ilə anlaşıb. Sportline.az xəbər verir ki, bu barədə ajansspor.com saytı məlumat yayıb. Türkiyəli həmkarlarımız bildirirlər ki, Adana təmsilçisi yarımmüdafiəçinin keçidini artıq həll edib. Xatırladaq ki, Reynaldonun "Adanaspor"a transferi haqda təzadlı xəbərlər bir neçə həftədir ki, dolaşırdı.