“Reyncers” “Braqa” ilə matça itkilərlə çıxacaq

“Feyenoord” “Seltik”lə üz-üzə gələcək

UEFA Avropa Liqasının Liqa mərhələsində 5-ci tura start verilir.

Sportline.az xəbər verir ki, “Qlazqo Reyncers” “İbroks Stedyum”da “Braqa” ilə qarşılaşacaq.

Şotlandiya nəhəngində itkilərin sayı çoxdur. Beyli Rays, Derek Kornelyus, Diyon Sterlinq, Con Souttar, Kiran Dovell, Miki Murr və Rabbi Matondo zədəlidir.

Karlos Vikensin komandasında isə yeganə itki Jonatas Noronun adı ilə bağlıdır.

Qeyd edək ki, “Reyncers” – “Braqa” oyunu Bakı vaxtı ilə saat 12-də başlayacaq.

Matçda söz sahibi niderlandlı hakim Allard Lindut olacaq.