“Reyncers” – “Roma”: Heyətlərdəki son durum

UEFA Avropa Liqasının liqa mərhələsində 4-cü tura bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, “Reyncers” “İbroks Stedyum”da “Roma” ilə münasibətlərini aydınlaşdıracaq.

Şotlandiya təmsilçisində Duyon Sterlinq və Rabbi Matondo zədəlidir.

“Roma”da isə Eduardo Bov, Anxelino, Pauolo Dibala və Evan Ferguson baş məşqçi Can Pyer Qasperinin sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də səslənəcək oyunu danimarkalı hakim Morten Kroq idarə edəcək.