Riçard Almeyda "Kəpəz"lə oyunda meydana çıxa bilər
|
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 18-ci turunda meydana çıxa bilər. Sportline.az xəbər verir ki, onun dönüşünun “Kəpəz”lə oyunda reallaşacağı gözlənilir. 13-cü turun "Qəbələ" ilə oyununda aqressiv hərəkətə görə 4 oyunluq cəzalandırılan futbolçunun diskvalifikasiya müddəti başa çatıb. Zədəli Rəşad Sadıqov isə bu qarşılşamanı da kənardan izləmək məcburiyyətindədir. |