Riçard Almeyda rəsmən millidə

Martın 9-da Dohada Qətər seçməsi ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki heyətə 23 futbolçu cəlb edib.

Onların arasında yeni futbolçulardan "Qarabağ"ın qapıçısı Şahrudin Maqomedaliyev, "İnter"in müdafiəçisi Abbas Hüseynov, "Qəbələ"nin arxa xətt oyunçusu Tellur Mütəllimovla yanaşı, "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda da var. Bundan başqa "Qəbələ"nin kapitanı Cavid Hüseynov həbsdən çıxdıqdan sonra ilk dəfə milliyə  çağırılıb. 

Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Tərlan Quliyev, Abbas Hüseynov (hər ikisi “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov (hamısı “Qəbələ”),

Yarımmüdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov (hamısı “Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)

Hücumçular: Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Rauf Əliyev (“İnter”)

Banner