Rişarlison Mersisayda qayıdır
"Tottenhem"in brazilyalı forvardı Rişarlison sabiq komandası "Everton"a qayıtmağa yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
28 yaşlı hücumçunun London klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Rişarlisonun dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avrodur.
O, cari mövsüm meydana çıxdığı 13 matçda 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Rişarlison "Everton"da 2018-2022-ci illər ərzində çıxış edib.
Təcrübəli oyunçu Mersisayd klubunda 152 matçda 53 qol vurub.