Rişarlison ölkəsinə qayıdır

"Tottenhem"in forvardı Rişarlison karyerasını Brazilyada davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Flamenqo" 28 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Bu haqda UOL nəşri məlumat yayıb.

Qeyd edək ki, Brazilya millisinin üzvünün transfer qiyməti 30 milyon avrodur.