Ritsoli Dünya çempionatından imtina etdi
İtaliyalı arbitr Nikola Ritsoli 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarında hakimlik etməyəcək.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu barədə referi İtaliya Arbitrlar Assosiasiyasına ünvanladığı məktubunda bildirib.
"Hər şeyin əvvəli və sonu var, gənclərə şans vermək ədalətli olardı", - deyə Ritsoli yazıb.
Ritsoli son 5 ildə İtaliyanın ən yaxşı arbitrı seçilib, 2013-cü ilin Çempionlar Liqası və 2014-cü ilin dünya çempionatının final matçlarını idarə edib.
FİFA 2014 və 2015-ci illərdə Ritsolini dünyanın ən yaxşı arbitrı adlandırıb.