Riz Ceyms satışa çıxacaq

“Çelsi”nin ingiltərəli futbolçusu Riz Ceyms klub rəhbərliyi tərəfindən alınan qərara əsasən mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az “TBR Football” nəşrinə istinadən xəbər verir ki, Riz Ceymsin tez-tez zədələnməsi klubu narahat edir. Bu səbəbdən oyunçunu satmaq istəyirlər.

Riz Ceymsin dəyəri “Trasnfermarkt” portalına görə 35 milyon avrodur.

Qeyd edək ki, 24 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.