"Rizespor" xorvatiyalı qapıçının transferini rəsmləşdirib

Transfer çalışmalarını davam etdirən "Rizespor" "Şeffild Yunayted"in qapıçısı İvo Qrbiçi rənglərinə qatıb.

Sportline.az Fanatik.com-a istinadla xəbər verir ki, icarə əsasında Qara dəniz klubunun sıralarına qoşulan 28 yaşlı qapıçı 1 illik müqaviləyə imza atıb.

Ötən mövsüm İngiltərə klubu ilə 10 oyuna çıxan Qrbiç qapısında 30 qol görüb.

Qeyd edək ki, xorvatiyalı qapıçı daha əvvəl karyerasında "Lill", "Atletiko Madrid" və "Lokomotiva" kimi klubların formasını geyinib.