Rizvan Fərzəliyev: "Finala qədər irəliləyə bilərik"

Futzal üzrə seçmə komandamız Avropa çempionatına hazırlıqları davam etdirir. Millimizin kapitanı Rizvan Fərzəliyev komandamızın qitə birinciliyindəki şansları ilə bağlı fikirlərini SportLine.az sayt ilə bölüşüb. 

Seçməmizin çox çətin qrupda yer aldığını deyən futzalçımız uğurlu nəticəyə inanır: "Komandada əhval-ruhiyyə qaydasındadır. İtaliya və Çexiya kimi komandalarla eyni qrupda qərarlaşsaq da, bu, bizi qorxutmur. Millimizin heyətində kifayət qədər yaxşı futzalçı var. Əsas məsələ, qrupdan çıxmaqdır. Düşünürəm, bundan sonra daha rahat oynayacağıq. Hətta, finala qədər irəliləyə bilərik".

Qeyd edək ki, futzalçılarımızın ilk rəqibi fevralın 3-də son Avropa çempionu İtaliya seçməsi olacaq.