Robert Prosineçki müalicə olunur

Robert Prosineçkinin vədinə xilaf çıxaraq Antalyaya yollanmamasının səbəbi bəlli olub. Xorvatiyalı mütəxəssis yeni il tətilini vətənində başa vurub, Bakıya qayıdıb. Burda öz doğum gününü qeyd etdikdən sonra isə xəstələnib. Səhhətində problem yarandığına görə Türkiyəyə köməkçiləri Draqan Spasiç və Qordan Tispriçi göndərib.

Məlumatı "Futbol+" qəzetinə açıqlamasında AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlu da təsdiqləyib: "Ropber Prosineçki qripə yoluxduğundan Antalyaya yollana bilmədi. Hazırda yığmanın baş məşqçisi ev şəraitində müalicə olunur".(sport7.az)
 

Banner