Roberto Karlosdan mesaj var

Dünya futbolun əfsanələrindən sayılan Roberto Karlos ürək əməliyyatı keçirib.

Sportline.az xəbər verir ki, "Real Madrid" və Brazilya millisinin sabiq oyunçusunun vəziyyəti yaxşıdır.

"Son dövrlərdə yayılan məlumatlara aydınlıq gətirmək istərdim. Bu yaxınlarda həkim komandamla əvvəlcədən planlaşdırılan profilaktik tibbi prosedurdan keçdim. Prosedur uğurlu keçdi, yaxşıyam, infarkt keçirməmişəm. Mən sağalıram və tezliklə tam formama qayıtmağı və peşəkar və şəxsi öhdəliklərimi bərpa etməyi səbirsizliklə gözləyirəm. Dəstək, qayğı və narahatlıq mesajlarına görə hər kəsə ürəkdən təşəkkür edirəm. Hər kəsi əmin etmək istərdim ki, narahatlığa əsas yoxdur. Mənə qayğı göstərən bütün həkim heyətinə ürəkdən təşəkkürümü bildirirəm", - deyə R.Karlos öz "instaqram" səhifəsində paylaşım edib.