Rodriqo İngiltərədə çıxış etmək niyyətindədir
“Real Madrid”in brazilyalı sağ cinah vingeri Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyi düşünür.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Mançester Yunayted” 24 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.
Rodriqo bu mövsüm “Real”ın heyətində qol hesabını aça bilməyib.
Qeyd edək ki, sözügedən oyunçu “los blankos”da xoşbəxt deyil.