Rodriqo "Real"dan ayrılır?
"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo klubdan ayrıla bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Əl-Hilal" klubu Rodriqo üçün "Real"a rəsmi təklif göndərməyə hazırlaşır.
Bu keçid üçün "Əl-Hilal" qarşı tərəfə 300 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Rodriqonun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
24 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 12 qol və 7 asistlə yadda qalıb.