Rodriqo Tabatanın yeni klubu müəyyənləşib
Bir zamanlar "Beşiktaş" formasını geyinən Rodriqo Tabatanın yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, braziliyalı əsilli qətərli hücumameyilli yarımmüdafiəçi "Əl-Marxiya" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
45 yaşlı futbolçu Qətərin II Divizion klubu ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.