Rodriqo yanvar ayında klubdan ayrılmaq istəyir
“Real Madrid”in brazilyalı futbolçusu Rodriqo yanvar ayında klubdan ayrılmaq istəyir.
Sportline.az “Give Me Sport” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” və “Tottenhem” 24 yaşlı sağ cinah vingerini transfer etməyə çalışır.
Rodriqo hazırda Madrid klubunun rəhbərliyi ilə problem yaşayır.
Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 15 matçda 3 asistlə yadda qalıb.