"Roma" "Çelsi" ilə danışıqlara başlayıb
"Roma" ingiltərəli futbolçu Tayrik Corc üçün "Çelsi" ilə danışıqlara başlayıb.
Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, İtaliya klubu bu keçid üçün 15 milyon avro ödəməyə hazırdır.
19 yaşlı sol cinah vingerinin "Çelsi" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Tayrik Corc "Roma"ya transfer olmağa isti yanaşır.