“Roma” “Fiorentina”nı darmadağın etdi

İtaliya A seriyasında 35-ci tura yekun vurulub. 

Sportline.az xəbər verir ki, turun son matçında “Roma” öz meydanında “Fiorentina”nı qəbul edib. Görüş paytaxt klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb. 

“Roma” - “Fiorentina” - 4:0
Qollar: Mançini, 13, Franka, 17, Hermoso, 34, Pisilli, 58

Bu qələbə sayəsində xallarının sayını 64-ə çatdıran “Roma” turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Fiorentina” isə 37 xalla 16-cı yerdədir.