“Roma” “Lill”ə qarşı

UEFA Avropa Liqasının liqa mərhələsində 2-ci tura start verilir.

Sportline.az xəbər verir ki, "Roma" "Stadio Olimpiko"da "Lill" klubu ilə qarşılaşacaq.

İtaliya təmsilçisində Edoardo Bov, Paulo Dibala və Leon Beyli baş məşqçi Can Piero Qasperinin sərəncamında olmayacaq.

"Lill"də itkilərin sayı kifayət qədərdir. Qapıçı Berke Özer, Ousman Ture, Romain Perraud, Uqo Raqheuber, Tomas Mönye və Benjamin Andre zədə səbəbindən oyunu buraxmalı olacaq.