“Roma” “Mançester Yunayted”ə 30 milyon avro ödəməyə hazırdır

"Roma" klubu Coşua Zirkze üçün "Mançester Yunayted"ə 30 milyon avro ödəməyə hazırdır.

Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

24 yaşlı hücumçunun "qırmızı şeytanlar"la sözləşməsi 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Zirkze cari mövsüm meydana çıxdığı 9 oyunda 1 qolla yadda qalıb.