“Roma” “Mançester Yunayted”ə 31 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” 24 yaşlı hücumçusu Coşua Zirkze ilə yollarını ayıracaq.

Sportline.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Roma” yanvar ayında İngiltərə klubuna rəsmi təklif göndərəcək.

İtaliya klubu bu keçid üçün qarşı tərəfə 31 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Zirkze cari mövsüm 5 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.