"Roma" Paradeslə bağlı qərar verib

"Roma" argentinalı futbolçusu Leandro Paradeslə bağlı qərar verib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Parades "Roma" ilə 1 illik yeni müqavilə imzalayıb.

30 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayından etibarən "Roma"da çıxış edir.

Qeyd edək ki, Parades bu mövsüm çıxış etdiyi 27 matçda 1 qol və 2 asistlə yadda qalıb.