"Roma" - "Qarabağ" duelinin hakimləri müəyyənləşdi

Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçiriləcək "Roma" - "Qarabağ" matçının hakimləri müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşə Almaniyadan olan briqada təyinat alıb.

BAŞ HAKİM: Tobias Ştiler;
KÖMƏKÇİ HAKİMLƏR: Mayk Pikel, Yan Zaydel;
ƏLAVƏ KÖMƏKÇİ HAKİMLƏR: Bastian Dankert, Harm Osmers;
DÖRDÜNCÜ HAKİM: Kristian Qittelman.

Qeyd edək ki, sabah keçiriləcək "Roma" - "Qarabağ" duelinin start fiti Bakı vaxtı ilə 23:45-də səslənəcək.