"Roma" - "Qarabağ" matçına maraq azdır
UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində sabah keçiriləcək "Roma" - "Qarabağ" matçına yeri azarkeşlərin marağı azdır. SportLine.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb.
Məlumata görə, satışa çıxarılan biletlərin yarıdan azı sahibini tapıb. Oyun vaxtınadək 30 min biletin satılacağı gözlənilir.
Qeyd edək ki, oyunun keçiriləcəyi "Stadio Olimpiko" 70 min azarkeş tutumuna malikdir.