"Roma" "Qarabağ"ı fərqləndirdi
İtaliyanın "Roma” klubu Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunları üçün biletləri satışa çıxarıb.Sportline.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlər "Atletiko” (12 sentyabr), "Çelsi" (31 oktyabr) və "Qarabağ"la (5 dekabr) görüşlər üçün biletlər ala bilər.
"Roma"nın "Atletiko" və "Çelsi"yə qarşı matçının biletlərin qiyməti 40-115 avro arası dəyişir. "Qarabağ”la görüşün biletlərinin qiyməti isə 30 – 95 avrodur. Qeyd edək ki, "Roma” ev oyunlarını 70,634 nəfərlik Olimpiya stadionunda keçirir.