“Roma” “Ştutqart”la üz-üzə gələcək
UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turuna start verilir.
Sportline.az xəbər verir ki, “Roma” “Stadio Olimpiko”da “Ştutqart”la münasibətləri aydınlaşdıracaq.
İtaliya klubunda itkilərin sayı kifayət qədərdir. Anxelino, Lorenzo Pelleqrini, Mario Hermoso, Stefan El Şaravi, Pierluci Qollini, Tommaso Baldanzi və Artem Dobvik zədəlidir.
Almaniya təmsilçisində isə Anxelo Ştiller, Luka Yakez, Dan-Aksel Zaqadu, Lazar Yovanoviç, Tiaqo Tomas zədə, Bilal El Xannus isə cəza səbəbindən meydana çıxa bilməyəcək.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də başlanacaq matçı ingiltərəli hakim Con Bruks idarə edəcək.