“Roma” “Viktoriya Plzen”i sınağa çəkəcək

UEFA Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.

Sportline.az xəbər verir ki, “Roma” doğma divarlar arasında “Viktoriya Plzen”lə qarşılaşacaq.

Paytaxt klubunda Eduardo Bov və Anxelino oyunda iştirak edə bilməyəcək.

“Vikoriya Plzen”də isə Merças Doski cəza, Yan Kopiç və Jiri Panos zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, start fiti 23:00-da səslənəcək matçı türkiyəli hakim Halil Umut Meler idarə edəcək.