“Roma” Yunanıstan səfərinə yollanıb
UEFA Avropa Liqasının Liqa mərhələsinin sonuncu – 8-ci turuna bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Roma” son görüşünü səfərdə “Panatinaykos”a qarşı keçirəcək.
İtaliya klubunda itkilərin sayı kifayət qədərdir. Deyvn Rens, Kouadio Kone, Mario Hermoso, Anxelino, Stefan El Şaravi və Artem Dobvik zədəlidir.
Yunanıstan təmsilçisində isə Karol Sviderski cəza, Kayrel Dessers, Davide Kalabria, Filip Dyuriçiç və Pedro Krivella zədə səbəbindən görüşü buraxmalı olacaq.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də səslənəcək qarşılaşmanı ispaniyalı hakim Xuan Martinez Manuera idarə edəcək.