“Roma”da ayrılıq gözlənilir
"Roma"nın hücumçusu Evan Fergüson yanvar ayında komandadan ayrıla bilər.
Sportline.az xəbər verir ki, oyunçu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
"Team Talk"un yaydığı məlumata görə, "Everton" və "Seltik" 21 yaşlı forvardla yaxından maraqlanır.
Qeyd edək ki, E.Fergüson cari mövsüm çıxış etdiyi 15 matçda 3 qol, 1 asistlə yadda qalıb.