"Roma"da yeni qapıçı

"Roma" "Vulverhempton"un qapıçısı Ruy Patrisiunu transfer edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb. Portuqaliyalı oyunçu yeni klubunda 1 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, R.Patrisiu 2018-ci ildən İngiltərə təmsilçisinin şərəfini qoruyurdu.