"Roma"dan "Başakşəhər"ə doğru

“Başakşəhər” heyətini özbəkistanlı futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, klub İtaliyanın “Roma” komandasından Eldor Şomurodovu 2025/26 mövsümünün sonuna qədər satınalma hüququ ilə icarəyə götürdüyünü açıqlayıb.

30 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 37 matçda 7 qol 5 asistlə yadda qalıb.