"Roma"dan yeni transfer

"Roma" "Marsel"in forvardı Robinio Vazı heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

İtaliya klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyib.

Qeyd edək ki, R.Vaz bu mövsüm çıxış etdiyi 19 matçda 4 qol, 2 asistlə yadda qalıb.